!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmanət faizlərinin vergiyə cəlb edilməsi: "Vətəndaş əmanət üzrə 10 faiz alırsa..." - İqtisadçı

!Reklam – Yazi

2016-cı ildə banklarda olan əmanətlər 7 il müddətinə vergidən azad edilmişdi. Lakin bu gündən etibarən yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək.

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib ki, əmanət faizlərinin vergiyə cəlb edilməsi ilə bağlı qərar əmanətçilərlə digər vətəndaşların hüquqlarını bərabərləşdirdi:

“Əmanət faizlərinin vergiyə cəlb olunmaması nəzərdə tutulan faiz məbləğinin əmanətçiyə çatan hissəsinin yüksək olması demək idi. Lakin həmin vergi əldə edilən faizin 10 faiz dərəcəsini təşkil edir. Yəni vətəndaş əmanət üzrə 10 faiz alırsa, onun yalnız 1 faizini vergi verir. Bu isə elə də yüksək məbləğ deyil. 2016-cı ildə vəziyyət başqa cür idi. Belə ki, devalvasiya baş vermişdi və banklar bağlanırdı. Ona görə də o vaxtı əmanət faizlərinin vergiyə cəlb edilməməsinə ehtiyac var idi. Hazırkı məqamda isə buna heç bir ehtiyac yoxdur. Əmanətçinin digər vətəndaşlardan fərqi nədir ki, əmanət üzrə vergi ödəməsin?! Digər vətəndaşlar vergi ödədiyi kimi əmanətçi də vergi ödəməlidir”.

Gülşən Şərif

www.yenicag.az

979
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv