!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ƏMDK daşınmaz əmlakın fərdi qiymətləndirilməsi xidmətini göstərir

!Reklam – Yazi

скачанные файлы (3)Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsi xidmətini göstərir. Bu xidmətdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət etmək kifayətdir. Müxtəlif müraciətlər əsasında bütün növ daşınmaz əmlakların bazar qiymətlərinin müəyyənləşdirilməsi həyata keçirilir.

Qeyd edək ki, ölkə başçısının 04 may 2015-ci il tarixli Fərmanı ilə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini aparmaq və bu sahədə nəzarəti həyata keçirmək Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.
Qiymətləndirmə işləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Bu qiymətləndiricilər bir sıra beynəlxalq qiymətləndirmə sertifikatlarına malikdirlər. Dünya Bankının xətti ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində nüfuzlu beynəlxalq qiymətləndiricilərin apardığı təlimlərdə beynəlxalq sertifikatlar əldə ediblər. Belə ki, onlar dövlət xətti ilə 2 dəfə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində uğurlu siyasət aparan Malayziyada 2014 və 2015-ci illərdə uzunmüddətli qiymətləndirmə təlimlərində iştirak edib və yekun müsabiqə zamanı 17 ölkə arasında 2-ci yeri tutublar.
Qiymətləndirmə prosesi milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə aparılır. Belə ki, Reyestr Xidmətində bütün növ daşınmaz əmlaklar barədə atributiv bazar məlumatlarını özündə ehtiva edən Bazar Məlumatları Bankı yaradılıb. Bu baza son 10 il ərzində bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlakları ehtiva edir. Bu bankda 400 mindən artıq daşınmaz əmlaklar barədə məlumatlar toplanıb. Həmçinin, özəl qiymətləndiricilər tərəfindən həyata keçirilən qiymətləndirmə işlərinin ekspertizası da aparılır.
Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar üçün ödənişlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq tənzimlənir. Bu əməliyyatlara qiymətləndirmənin aparılması, məlumat bankından məlumatların verilməsi, ekspertizanın aparılması aiddir. İstənilən hüquqi və fiziki şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət edərək yeni yaradılmış bu xidmətdən istifadə edə bilərlər.

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv