ƏMDX-nın elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq

Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resurslarında dayanıqlılığın və keyfiyyətin artırılması məqsədilə 30 və 31 mart tarixlərində profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.

Yenicag.az-a bu badərə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən göstərilən tarixlərdə “e-emlak.gov.az” portalında yerləşdirilmiş bəzi elektron xidmətlərdən istifadə mümkün olmayacaq.