“Əmək müqavilələrinin sayı 33 faiz artıb” – Nazir

2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft, özəl bölmə üzrə isə bu rəqəm 82,1 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.

Nazir bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan ticarət – 29,6 faiz, xidmət – 22,7 faiz, sənaye -12,9 faiz sahələridir.

“Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 faiz – 4,7 faiz aralığında aşağı səviyyədə artım müşahidə edilib. Əmək müqavilələrinin 52,3 faizi ticarət və xidmət sahələrinin payına düşür”, – deyə nazir vurğulayıb.