Əmək müqavilələrinin sayı artdı – Nazir

Əmək müqavilələrinin sayı artıb.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 344.394 vahid artaraq bu ilin 1 yanvar tarixinə 1.746.309 təşkil edib”, – M.Cabbarov yazıb.

Nazir bildirib ki, qeyri-dövlət sektorunda bu göstərici 291.435 vahid artaraq 831.357 olub.