!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artist 28 il sonra oğlunun məzarı başında - FOTO / VİDEO

!Reklam – Yazi

Tanınmış qiraətçi, əməkdar artist Ağalar Bayramov işğaldan azad edilən Qubadlıda oğlunun məzarını ziyarət edib.

Yenicag.az xəbər verir ki, sosial şəbəkədə ziyarətdən görüntülər paylaşan Ağalar Bayramov yazıb:

“Dur, oğlum, dur, dur, “namərd” atan 28 ildən sonra görüşünə gəlib, dur, səsimə səs ver, Şəhriyar.. Sənə görə 3 min şəhid balalarımız canından keçib… Dillənsənə….Bilirəm, incimisən… Məzar daşına əl uzadan qarı düşmən sənin məsum baxışlarından utanmadı.. Nələr çəkdi bu əlacsız, biçarə atan bu illərdə, oğul…”.

Qeyd edək ki, aktyorun oğlu 1991-ci ildə faciəvi şəkildə dünyasını dəyişib. Sənətçi 28 ildir oğlunun məzarını ziyarət edə bilmirdi.

www.yenicag.az

880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv