Əməkdar artist: “Açıq-saçıq libası, yüzminlik avtomobili ilə nə qədər özünü reklam etmək olar” – FOTOLAR

Əməkdar artist Gülüstan Əliyevanın “Zabul film kompozisiyası” adlı muğam layihəsi təqdim olunub.

Yenicag.az xəbər verir ki, Etibar Babayevin rejissor yozumunda ərsəyə gələn filmin təqdimat mərasiminə tanınmış sənətkarlar qatılıb.

Xalq artisti Arif Babayev filmlə bağlı təəssüratını ifadə edib: “Gülüstan sənin yaradıcılığın dövründə belə mükəmməl layihə görməmişdim. Tələbəm kimi məni çox sevindirdin”.

Yenicag.az-a açıqlama verən G.Əliyeva tamaşaçının qalmaqallardan bezdiyini və buna görə də sənətlə gündəmə gəlməyin vacib olduğunu bildirib:

“Heç kim məndən inciməsin, efirlərdə nə qədər qalmaqal, dedi-qodu etmək, bahalı avtomobil, bağ, villa nümayiş etdirmək olar. Dekoltesi, açıq-saçıq libası, yüzminlik avtomobili ilə nə qədər özünü reklam etmək olar, vallah insanlar da bezib belə şeylərdən. Onlar sənətdə performans istəyir. Düzdü, yaşamaq üçün reklam olunmaq, pul qazanmaq lazımdı, amma bunun da bir həddi var. Biz muğam ifaçıları, xalq sənətini yaşadanlar üçün sənət puldan yuxarıda dayanıb. Mən bu gün muğamla bağlı bir layihəni təqdim edirəm, bu da o deməkdir ki, sənətimlə gündəmdə olmaq istəyirəm».

Cəvahir
Allahverdi

COP29