Əməkdar artist Bəyimxanım Vəliyeva ilk dəfə şəxsi həyatından danışıb.
Yenicag.az xəbər verir ki, sənətçi ailəsi ilə bağlı maraqlı etiraflar edib:
“Ailə quranda bir-birimizə müəyyən şərtlərimiz oldu. Çünki, ailədə can deyib can eşitməyini istəyirsənsə, bəlli şeylərdən çəkinməlisən. Çox da ki, xoşladığın şeylərdir. Əvvəllər el şənliklərinə gedirdim. Ailə qurandan sonra getmirəm. Çünki yoldaşım istəmədi. Qadın ailədə bəzi nüansları keçməyi bacarmalıdır. Ailə o zaman ailə olur. Hərə öz dediyini yeritsə, onda nə ailə olar ki…”
ARB-nin “Boş anlar” verilişindən olan görüntüləri təqdim edirik.
Nehru