Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva ailəsi ilə bağlı səmimi etiraflar edib.
Yenicag.az-a açıqlama verən aktrisa qızının şəxsi həyatına müdaxilə etməyəcəyini bildirib:
“Mən 17 yaşında, gözüm açılmadan ərə getdim. Heç tay-tuşlarım kimi gənclik yaşamadım. Buna görə də istəyirəm ki, qızım məndən fərqli olaraq, gənclik illərini doya-doya yaşasın, sonra ailə qursun”.
Aktrisa qızı ilə dost olduğunu deyib:
“Bizim aramızda dost münasibətləri var, o mənə “ana” yox, “Dilarə” deyə, müraciət edir. Ailəmizdəki qayda-qanunlara o da riayət edir. İllərdir ki, gündəlik planlarım, gedib-gəldiyim yerlər barədə Oqtaya məlumat verirəm. Qızım da mənim kimidir: hara gedib-gəlirsə, atasına deyir. Son 3 ildə ənənəvi olaraq hər bazar günü kinoya baxmağa gedirik. Onu da deyim ki, qızımı Qala gecələrinə güclə aparırıq, həmişə də fotokameralardan qaçır. Reklam olunmağı heç sevmir. Qızımı görənlər şoka düşür. Hamı heyrətlə deyir ki, “yəni sənin belə qızın varmış, heç görməmişdik”.
Qeyd edək ki, məşhur cütlüyün iki qızı var. Evin ilki olan Aytən 23 yaşındadır.
Cəvahir