Əməkdar artist aparıcılığa başladı

Əməkdar artist, tanınmış aktyor Bəhram Bağırzadə aparıcı kimi fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə açıqlama yayıb.

AzTV-də yayımlanacaq telelayihə “Bəhram+” adı altında təqdim olunacaq.

Aktyor onu da bildirib ki, bu veriliş “İnstagram” hesabında təqdim olunan “Baxıram” layihəsinin davamıdır.

Cəvahir