Əməkdar artist: “Arvaddan qorxmayan kişi…” – FOTOLAR

Əməkdar artist Coşqun Rəhimov heç vaxt səhnə ilə həyatı bir-birinə qarışdırmadığını deyib.

Yenicag.az-a açıqlama verən aktyor hətta xanımının da konsert zamanı ona deyil, bir aktyor olaraq yaratdığı obrazlara baxdığını bildirib:

“Qadın paltarında səhnəyə çıxdığım üçün tamaşaçılarım tərəfindən tənqid olunmamışam. Çünki bizim janr iki aktyorun teatrı deməkdir. İki aktyor da səhnədə bütün obrazları yaratmalıdır. Bu obrazların içərisində müxtəlif insanlar var. Biz işimizlə məşğuluq. Nə arxamca danışıblar, nə də üzümə qarşı bunu mənə irad tutmayıblar. Buna görə zəng edib, acı söz deyən də olmayıb. Mən səhnə ilə həyatı ayıra bilən insanam. Bunları heç vaxt bir-birinə qarışdırmıram. Evdəkilər də bunu adi qarşılayır. Xanımım gəlib konsertimizə tamaşa edəndə Coşquna yox, aktyor kimi canlandırdığım obrazlara baxır. Tamaşaçı kimi nəyisə bəyənməyəndə irad bildirdiyi vaxtlar da olur”.

“Həyat yoldaşınızın məsləhətlərinə qulaq asırsınızmı” sualına Coşqun yumorla cavab verib:

“Dinləyirəm, amma çox vaxt elə mən deyən olur. Belə də ki, arvaddan qorxmayan kişi var? Varsa, göstərin mənə”.

Cəvahir

COP29