Əməkdar artist Azərbaycanı birdəfəlik TƏRK ETDİ – SƏBƏB

Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunan tanınmış rejissor və aktyor, Əməkdar artist Sərvər Əliyev Azərbaycandan gedib.

O, indən belə fəaliyyətini Dərbənd şəhərində davam etdirəcək.

Bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib.

“İki aydır ki, Dərbənddəyəm. Fəaliyyətimi burada davam etdirəcəyəm. Niyə Dərbənddəyəm, bunun sox ciddi səbəbləri var. Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam”.

Cəvahir

COP29