“Pandemiya axırımıza çıxdı. Belə getsə, dəli olacam”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış rejissor Nicat Kazımov deyib.
Rejissor həm maddi, həm də mənəvi sıxıntılarından danışıb:
“Onsuz da ayağımda problemlər vardı, səhhətim yaxşılaşmamış, depressiv vəziyyətlə üzləşdim. Yenə dövlətimizin sayəsində teatrdan məvacib alırıq, amma arada tədbirlər olurdu və dolanışıq üçün qazancımız çıxırdı. Pandemiya bizi o qazancdan da edib. Hər şeydən artıq mənəvi zərbə ilə üz-üzəyik. Yaradığı insan olaraq, səhnə üçün çox darıxıram”.
Rejissor bu durumda virusa inanmayan insanları qınayıb:
“Bəzi insanlar əvvəl gündən pandemiyaya inanmadılar, virusa dırnaqarası yanaşdılar. O məsuliyyətsiz insanların zibilinə düşdük. Buna görə də yoluxma və ölüm sayı artdı. Oturmuşuq evdə, depressiya, pessimizm içində pandemiyanın bitəcəyi günü gözləyirik. Başqa əlacımız yoxdur”.
Cəvahir