!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Bir dəfə qadın paltarı geyinmişəm”

!Reklam – Yazi

Əməkdar artist Novruz Qartal kommersiya filmlərinə çəkilməkdən imtina edib.

Yenicag.az-a açıqlama verən aktyor bunu hər obrazı özünə yaraşdırmaması ilə izah edib:

“Mən illərdir qazandığım hörməti yerə vurmaq istəmirəm. İndi gənclər kommersiya filmləri çəkir. Amma mən hər dəvəti qəbul etmərəm. Bu yaşımda özümə layiq olmayan obrazı canlandırmaram. Əgər müsbət, eyni zamanda səviyyəli rol olsa, çəkilərəm”.

Əməkdar artist qadın paltarında çıxış edən həmkarlarına da münasibət bildirib:

“İndi aktyorlar arasında qadın paltarı geyinmək dəb halını alıb və buna çox normal yanaşırlar. Mən özüm də 1990-cı illərdə bir dəfə qadın paltarı geyinib, səhnəcikdə çıxış etmişəm. Bunun da məna yükü olub. Bəzi qadınlar səhərdən-axşama qədər işləyib, kişi kimi evə qazanc gətiriblər, lakin onların ərləri evdə oturub uşağa baxıblar. Mən də qadın paltarı geyinib bütün günü dedi-qodu edən, yemək bişirən, arvad işlərini görən kişiləri tənqid etmişəm. Sonralar bu səhnəciyi məndən yenə istədilər, lakin bir də qadın paltarı geyinmədim. İndi o yaşım da deyil ki, nə gəldi oynayım”.

Cəvahir

www.yenicag.az

8608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv