“Bu pandemiya da bir bəla olub, yapışıb xirtdəyimizdən. Bir ildən artıqdır ki, teatrlar bağlıdır, tamaşalar göstərilmir, çox darıxmışıq səhnə üçün”.
Bunu Yenicag.az-açıqlamasında əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov deyib.
Aktyor pandemiya üzündən oğlunun xeyir işinin də təxirə düşdüyünü bildirib:
“Bir ildən artıqdır ki, pandemiyaya görə toyların da keçirilməsinə qadağa qoyulub. Oğlum da nişanlıdır, amma hələ də gözləyirik. Neyləyək, qayda-qanuna əməl etməsək də olmur. Görək toyların keçirilməsi ilə bağlı nə qərar veriləcək. İstəyirəm qadağa götürülsün, sonra toyumuzu edək”.
Əməkdar artist insanların çox yorulduğunu deyib. Buna görə də açıq havada maskaların yığışdırılmasını da arzulayır:
“İnsanlar çox yorulub, onları da nəzərə almaq lazımdır. Amma biz nə deyə bilərik ki, əlimizdən heç nə gəlmir, sadəcə gözləyirik”.
Cəvahir