Əməkdar artist: “Bu xəbəri eşidəndə xəstəliyim yadımdan çıxdı”

“Bu xəbəri eşidəndə, elə bil məndə ikinci nəfəs açıldı, xəstəliyim də yadımdan çıxdı”.

Bunu Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən teatrların fəaliyyətinin davam etdirilməsi barədə qərarın sevincini yaşayan tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyor oktyabrın 1-də doğma sənət ocağına gedəcəyi günü səbirsizliklə gözləyir:

“Səbirsizliklə bu qərarın verilməsini gözləyirdik. Nəhayət ki, o qapılar tamaşaçının üzünə açılacaq. Tamaşaçımız üçün burnumun ucu göynəyirdi. İndi görün o balaca tamaşaçılarımız bizim üçün necə darıxıb. Artıq xəbər gəldi, inanın səhhətimdəki problemlər də elə bil yoxa çıxdı. Biz sənət adamları səhnə ilə yaşayan insanlarıq. Səhnədən kənarda susuz balıq kimiydik. Artıq belə olmayacaq. Səhnəyə çıxanda xəstəliklər də məndən yan qaçacaq”.

Cəvahir