Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Əməkdar artist: "Bu xəbəri eşidəndə…"

Prezident İlham Əliyev bir sıra incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Onların arasında əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov da var.

Xanəndə təəssüratlarını Yenicag.az-la bölüşüb:

“İnanın ki, dünəndən telefonlarım susmur. Hər kəs təbrik edir. Cənab Prezidentimizin sənətimə verdiyi yüksək qiymət məni və bütün ailə üzvlərimi çox sevindirdi. Öz adımdan və ailəmiz adından ona dərin təşəkkürümü bildirirəm. Akademik Opera və Balet Teatrından İradə xanım mənə zəng edib, bu xoş xəbəri çatdıranda sevincimin həddi-hüdudu olmadı. Xanəndə üçün onun sənətinə verilən dəyərdən gözəl nə ola bilər? Bu, məndə ruh yüksəkliyi yaratdı. Azərbaycan musiqisini həm Azərbaycan, həm də xarici ölkələrdə yüksək səviyyədə təmsil və təbliğ edəcəyimdən həmişə qürur hissi keçirmişəm. Bu gündən sonra da bu yolda daha əzmlə çalışacağam”.

Cəvahir

www.yenicag.az

3802