Əməkdar artist doğum günündə KÖVRƏLDİ: “Bu dərd mənim dərdimdir”

“Mənim üçün ömür keçdi, gözəl günlər geridə qaldı. Öz dərdimlə baş-başayam, amma istəmirəm bu dərdi kiməsə yükləyim, dərd mənimdir, onu özüm çəkməliyəm”.

Bunu Yenicag.az-a açıqlamasında doğum günü olan əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov deyib.

Aktyor doğum gününü qeyd etməyəcəyini bildirib:

“Keçən il oğlum Emil mənim doğum günümdə xərc çəkdi, restoran bağlatdırdı, mənə unudulmaz bir gün yaşatdı. Həmin gün dünyanın ən xoşbəxt insanı idim. O görüntülərə baxanda ürəyim parçalanır. Bu il yeni yaşımı onsuz qarşılayıram. Emil yoxdur, onsuz nə doğum qeyd etmək olar? Övladım gözümün önündən çəkilmir. Çox istəyirəm yuxuma gəlsin, ata-bala dərdləşək, amma yata da bilmirəm ki, yuxu görüm. Emilsiz mənim üçün həyatın marağı itdi, dadı-duzu qaçdı, çox çətindir. Amma bu üzüntümü heç kimə göstərmək, onları öz kədərimdə boğmaq istəmirəm. Məni təbrik edən hər kəsə sonsuz təşəkkürlərim var”.

Cəvahir

COP29