!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist EIgizi yıxıb-sürüdü: «Özünü yığışdır, yoxsa səni...» - QALMAQAL

!Reklam – Yazi

Elgiz Əkbərin əməkdar artist Gülüstan Əliyeva haqqında efirdən səsləndirdiyi sözlər qarşı tərəfi özündən çıxardıb.

Belə ki, aparıcı «Səhər-səhər» verilişində Gülüstan Əliyeva ilə küsülü olduğunu deyib. Bildirib ki, illər öncə prodüseri müğənnini verilişinə dəvət edərkən, o, Elgizi tanımadığını deyib. Elgiz də ondan heyf çıxmaq üçün verilişində Gülüstan Əliyevanı tanımadığını söyləyib.

Yenicag.az-a açıqlama verən G.Əliyeva Elgizin yalan danışdığını deyib: “Deyəsən Elgiz daha bilmir ki, verilişinin reytinqi üçün hansı nağılları uydurub danışsın. O bu günlərdə gənc müğənnini qızışdırıb, mənim adımı hallandırmaqla da şou yaratmışdı. Cavabları çox ağır oldu. Bu ona dərs olmadı, yenə təzə nəsə udurub adımı hallandırır. Deyəsən, məni yaxşı tanımır, ya da kimlərləsə dəyişik salır.

Elgiz, sən telekanalın küncündə oturub, verilişini reklam etmək üçün camaatı aldadıb, adımdan danışanda, mən burda – Kanadada Azərbaycan musiqisini təbliğ edirəm. Ayıb olsun sənə. Özünü yığışdır, yoxsa istəyirsən sənə ağır cavab verim? Get verilişinə reytinq yığmaq üçün başqa adamlardan istifadə et”.

Cəvahir

www.yenicag.az

5430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv