!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: "Əleyhinəyəm, amma etiraz edə bilmirəm..."

!Reklam – Yazi

“Teleməkana xarici seriallar gəlirsə, heç olmasa, dublyaj inkişaf etməlidir. Dublyaja dəvət olunanların peşəkarlığı yoxlanılmalıdır. Dublyaj üçün xüsusi məktəb olmalıdır. Yəni, “bu dostumdur-tanışımdır, gəlsin, filmi səsləndirsin” deyə bir şey olmamalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist Elnur Kərimov Azərbaycan teleməkanında qeyri-peşəkar dublyajdan danışarkən deyib.

Aktyor dublyajın səviyyəsinin qaldırılması üçün şərtlərə yenidən baxılmasını vacib sayıb:

“Serialın baxımlı olmasında səsin böyük rolu var. Dublyajda işləyənlərə diqqət artırılmalıdır, məvaciblərinə yenidən nəzər salınmalıdır, qoyulan şərtlərə baxılmalıdır. Onların aldığı məvacib çox azdır. “Gəl, bu mətni oxu, çıx get” deyə bir şey olmamalıdır. Xarici seriallar öz dilimizə mükəmməl şəkildə dublyaj olunmalıdır ki, baxımlı olsun. Tamaşaçını ekrana bağlaya bilsin”.

Əməkdar artistin əcnəbi serialların nümayişi ilə bağlı MTRŞ-nın qərarına da münasibəti belə olub:

“Əcnəbi serialların yerli teleməkanda nümayişini çox da müsbət qarşılamadım, amma etiraz da edə bilmirəm, çünki yəqin belə məsləhət görülüb. Biz əcnəbi seriallarla çox da uzağa gedə bilməyəcəyik, baxa bilməyəcəyik. Çünkü türk seriallarını izləmək bizə kifayət edir. Bir də yerli serialların da öz tamaşaçısı var, hansı ki, onlarla rəqabətə girəcək. Hər halda, əcnəbi serialların efirimizdə çox da geniş vüsət almasının əleyhinəyəm. Bu, Azərbaycan seriallarının inkişafına bir az təsir göstərə bilər. Azərbaycanda yerli seriallar istehsal olunmağa başladı, rejissorlar formalaşdı. Bu sahədə olan gənclər artıq öz bacarıqlarını göstərmək istəyir. Xarici serialların nümayişi bunun qarşısını bir qədər ala bilər”.

Cəvahir

www.yenicag.az

1570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv