Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev əməliyyat olunub.
Bunu aktyorun həyat yoldaşı Tamilla Əliyeva Yenicag.a açıqlamasında deyib.
Reanimasiya şöbəsinə yerləşdirilən aktyorun vəziyyəti stabildir:
“Vahid ağır ürək əməliyyatı olundu. Reanimasiyadadır. Nakozdan indi-indi ayılır. Mərkəzi Klinik Xəstəxanasında keçirilən əməliyyat 5 saat çəkdi. Həkimlər əməliyyatın uğurlu keçdiyini bildirib”.
Qeyd edək ki, Vahid Əliyev ötən ilin dekabrında infarkt keçirərək xəstəxanaya aparılıb.
Cəvahir