!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist ƏSƏBİLƏŞDİ: “Axı nə qədər arvad paltarı geyinmək olar”

!Reklam – Yazi

“Axı nə qədər arvad paltarı geyinmək olar”.

Bunu müasir komediya filmləri və tamaşaları ilə bağlı fikirlərini tanınmış aktyor, Əməkdar artist Novruz Qartal Yenicag.az-a açıqlamasında deyib.

Aktyor komediya janrının bu gün bərbad duruma düşdüyünü bildirib:

“Komediya vəziyyəti oynamaq deməkdir. Amma bunlar vəziyyət tələb etdi-etmədi elə şit-şit gülür, bayağı ifadələr işlədir, arvad paltarı geyinməklə diqqət çəkmək istəyirlər. Bizim vaxtımızda da sənətkarlar lazım olanda qadın paltarı da geyinib. Amma əsərdən irəli gələrək, vəziyyət bunu tələb edib. Mükəmməl komediya filmləri və tamaşaları üçün ilk növbədə ssenarilər yazılmalıdır. Vaxtilə Sabit Rəhman, Rüfət Əhmədzadə, Seyfəddin Dağlı, Əlağa Kürçaylı və digər peşəkar dramaturqlar, yazıçılar yazırdılar, onlar səhnə və ekran həllini tapırdı. İndi də o filmlərə 100 dəfə də baxsan doymazsan. İndi bütün televiziyalar zəbt olunub, özləri yazır, özləri aktyorluq edir. Eyni zamanda özləri deyir, özləri də gülür. Komediya hırıldamaq demək deyil, düşündürücü gülüş deməkdir. Bu gün sənət yox dərəcəsindədir. İnanın efirdə elə qeyri-peşəkarları görəndə televizoru söndürürəm. Əsəbiləşirəm ki, axı niyə sənət bu günə, bu səviyyəyə düşməlidir”.

N.Qartal onu da vurğulayıb ki, belə aktyorlar və bu cür filmlər üç-beş gündən sonra yaddan çıxır:

“Ortaya sənət qoymaq lazımdır. İnanın ki, belə səviyyəsiz səhnəciklərlə yaddaşlarda qalmaq olmaz. Bir dəfə həmin o gənc aktyorlarla birgə bölgələrin birinə getmişdik. Avtobusda ancaq özlərinə tərif yağdırırdılar. Kəndə çatanda başladılar şit-şit zarafatlar etməyə ki, diqqət çəksinlər. Onları heç saya salan da olmadı. Bölgələrdə olanda insanlar mənə yaxınlaşıb deyirlər ki, Novruz müəllim, o gənc aktyorlar niyə efirdə özlərini o günə qoyur, bəs hanı keçmişdə olan o səviyyəli komediyalar? Niyə onların qarşısını alan yoxdur, ayıbdır axı”.

Cəvahir

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv