!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artist: “Əvvəl çəkilən filmlər daha keyfiyyətli idi”

!Reklam – Yazi

“Bu yaxınlarda “YouTube”da köhnə tamaşaların birini izlədikdə videonun altında bir şərh məni cəlb etdi. Şərhdə belə bir fikir qeyd olunmuşdu : “Köhnə tamaşaların ən ucuzunu, indiki serialların ən bahalısına dəyişmərəm”. Məncə, tamaşaçı haqlıdır”.

Bunu Əməkdar artist, aktyor Elxan Rza Yenicag.az-a açıqlamasında deyib.

Aktyor vaxtilə çəkilən teletamaşa və filmlərin bu gün ərsəyə gətirilən filmlərlə müqayisəyəgəlməz olduğunu vurğulayıb və yeni çəkilən serialların həmin filmlərə “uduzduğunu” bildirib:

“Sovetlər dönəmində çəkilən televiziya tamaşaları, filmlər izləyiciləri yormurdu. Bu günün özündə də dəfələrlə izləsən belə, yenə o tamaşalardan, o sənətkarların ifalarından yorulmursan. Amma bu gün çəkilən seriallarda o keyfiyyət yoxdur. Bəzən aktyor seçimi də düzgün aparılmır. Bu problem seriallarda, hətta dublyaj olunan filmlərdə də mövcuddur. Kimsə özünə yaxın olan dostunu, tanışını işə cəlb edir.

Hesab edirəm ki, bu gün televiziya tamaşaları ənənəsini davam etdirmək lazımdır. Həm maddiyyat baxımından, həm də vaxt baxımından bu iş daha sərfəlidir. Tamaşada bütün hadisələr lokanik təqdim olunur.

Bundan əlavə, telekanallarımız Azərbaycanda fəaliyyət göstərən teatrların repertuarlarında olan tamaşaları çəkib öz efirlərində yayımlasalar, daha maarifləndirici olar, nəinki o sosial yön adı altında təqdim olunan verilişlər. O verilişlər Azərbaycan gəncliyinin beyninə, düşüncəsinə heç bir xeyir gətirmir, ziyan vurur”.

Cəvahir

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv