“Sosial şəbəkələrdə bizimkilərin ermənilərə etdiklərini yox, onların bizə etdikləri vəhşiliyi, törətdikləri təxribatı yaymaq lazımdır. Onlara fürsət vermək lazım deyil. Onsuz da alçaqcasına dünyaya səs salıb, özlərini qurban kimi qələmə verməyə çalışırlar”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova bildirib.
Aktrisa erməni vəhşilərinin informasiya savaşında da hər cür alçaqlığa əl atdıqlarını deyib:
“Sosial şəbəkələrdə diqqətli olmaq lazımdır, əks halda düşmən bu paylaşımlardan əleyhimizə istifadə edə bilər. Onlar virtual dünyada da savaşda ən çirkin yollara əl atır, dünya ictimaiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Biz öz mübarizəmizi internet vasitəsi ilə aparıb, haqq səsimizi dünya ictimaiyyətinə çatdıra bilərik.
Xarici ölkələrdə ermənilər dinc azərbaycanlılara hücum edir. Biz torpaqlarımıza hücum edib, təxribat törədən erməni vəhşiliyinə qarşı, vətənimizin müdafiəsi üçün səsimizi ucaldırıq. Onlar nəyin davasını edir? Belə yerdə deyiblər e, həm suçlu, həm güclü… Bir arzumuz var, o da əmin-amanlıqdır. Nə qədər oğullarımız şəhid oldu. Onlar bu gün bizim gecələr evimizdə rahat yatmağımız, rahat gəzməyimiz üçün torpaq uğrunda şəhid oldular. Onlar şəhid olanda gecə-gündüz uşaq kimi ağlayırdım”.
Cəvahir