Əməkdar artist GİLEYLƏNDİ: “Vay-vay, buna bax, utanmır…”

“Başlayırlar yazmağa, “vay-vay bir buna bax, utanmır, bunun geyiminə, yaşına bax”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Zaurla Günaydın” verilişində deyib.

Sənətçi sosial şəbəkələrdə yaşlı sənətkarlarla bağlı yazılan rəylərə iradını bildirib:

“Qadın hər yaşda baxımlı, gözəl olmalıdır, hər yaşın öz gözəlliyi var. Amma bizdə belə deyil. Başlayırlar yazmağa, “vay-vay bir buna bax, utanmır, bunun geyiminə bax, yaşına bax”… 80 faiz bu fikirdədir. Ayıb başqa şeydir. O gün “TikTok”da qarşıma çıxdı, aparıcı fikir söyləyir, biri də yazıb ki, “50 yaşı var, gedib otursun evdə, oxumasın”. Bəyəm o yaşda Xan əmiyə (Xan Şuşinski – red.) qulaq asmırdılar? Əgər müğənninin səsi varsa, tələbatlıdırsa, insanlar onu dinləmək istəyirsə, niyə də oxumasın?”

Nehru