Əməkdar artist: “Gördüm, halsızlaşıram, məcbur olub…” – FOTOLAR

“Gördüm halsızlaşıram, özümdən gedirəm. Başladım məcburən çörək yeməyə ki, əmələ gəlim”.

Bunu son günlər plastik əməliyyatla arıqlayıb, sonradan çəki alan tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova yeni görünüşü ilə bağlı sosial şəbəkələrdə yazılan rəylərə cavab olaraq Yenicag.az-a açıqlamasında bildirib.

Aktrisa çəki atdıqdan sonra səhhətində problemlər yarandığını deyib:

“Əməliyyatdan sonra kökəldiyimi yazırlar, əslində isə belə deyil. Həmin əməliyyatdan 5 il keçib. Bu müddət ərzində heç nə yeyə bilmirdim. Gördüm halsızlaşıram, özümdən gedirəm. O qədər zəifləmişdim ki, hətta getdiyim yerlərdə belə otura bilmirdim, elə uzanmaq istəyirdim. Başladım məcburən çörək yeməyə ki, əmələ gəlim. Vitaminlərim getmişdi, həddən artıq arıqlamışdım. Koronavirusdan sonra da immunitetim düşmüşdü. Vitaminlər vurulurdu, onlar da məni əmələ gətirdi. Bədən öyrəşməmişdi belə çəkiyə. Axı əvvəldən kilolu xanım idim. Düzdür, əvvəlki görünüşümə, yəni kilolu halıma qayıtmaq fikrim yoxdur, amma o qədər də arıqlamaq istəmirəm”.

N.Orucova onu da qeyd edib ki, insanlar onun əvvəlki kilolu halını daha çox bəyəndiklərini yazıb:

“Arıqlayandan sonra deyirdilər əvvəlki halına qayıt, səni elə bəyənirik. Mən də onların istədiyi kimi oldum”.

Cəvahir