!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist Hacıbaba Bağırov barədə: “Xəstə olanda istəmirdi, onu o vəziyyətdə görək…” - VİDEO

!Reklam – Yazi

Bu gün Xalq artisti, “Şöhrət” ordenli aktyor Hacıbaba Bağırovun anım günüdür.

Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyev mərhum aktyorla bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“İlk dəfə əlimdən tutub səhnəyə çıxaran adam Hacıbaba Bağırov olub. Adamın adamı tamaşasında iki rolda çıxış etməliydi, amma gördü ki, səhhəti ona imkan vermir. Məni kabinetinə çağırıb dedi ki, bilirəm ki, bu rolu sən gözəl oynayacaqsan. Öz rolunun birini mənə verdi, digərini də Çingiz Əhmədova… Ömrünün son günləri xəstəliklə mübarizədə keçdi. Yanına getmək istəyirdik, amma istəmirdi onu o vəziyyətdə görək…”

Qeyd edək ki, H.Bağırovun yaradıcılığı yanız teatrla məhdudlaşmayıb. O, milli kinomuzda yaddaqalan obrazlar yaradıb. Onun canlandırdığı “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

H.Bağırov 2006-cı il oktyabrın 4-də vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv