!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Həkimə getmədi, qızdırma içində boğula-boğula öldü”

!Reklam – Yazi

Əməkdar artist, aktyor Natiq Fərzəliyev yaxından tanıdığı iki həmkarının koronavirusa yoluxduğunu, bir dostunun isə dünyasını dəyişdiyini bildirib.

Yenicag.az-a açıqalama verən aktyor koronavirusa inanmayan insanlara müraciət edərək, onları özlərini qorumağa səsləyib.

“Bir çox insanlar var ki, koronavirusa inanmır. Aktyor həmkarlarımdan ikisi koronavirusa yoluxdu. Şəfəq Əliyevam və yaxın dostum Sərvər Əliyev. Dərbənd Teatrının direktorunun qardaşı həkimə getmədi, evdə qızdırma içində boğula-boğula öldü. Ailəsi nə qədər etsə də, onu xəstəxanaya apara bilməyib. Virus var ki, bu qədər insanlar dünyasını dəyişir. Biz də yaradıcı heyət olaraq işə gemirik, tamaşalar da yoxdur. Bir yerə gedəndə də mütləq məsafə saxlayıram, tibbi qaydalara riayət edirəm. Qismətimizdə varsa, yoluxacağıq. Amma gərək özümüzü də qoruyaq”.

Cəvahir

www.yenicag.az

2969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv