!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist HƏYƏCAN İÇİNDƏ: “Buna görə çox qorxuram”

!Reklam – Yazi

Martın 16-da ağır vəziyyətdə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilən əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova evə buraxılıb.

Aktrisa səhhəti ilə bağlı Yeniçağ.az-a açıqlama verib:

“Evdə olsam da, müalicəm həkim nəzarəti altında davam edir. Hər saatdanbir iynə-dərman qəbul edirəm ki, təzyiqim qalxmasın. Hələ evdən çıxmağa halım yoxdur, yəqin ki, müalicəm tam başa çatandan sonra işimə davam edəcəm. Hələ ki, özümdə o gücü görmürəm. Əslində, mən özüm-özümə elədim, son zamanlar zəiflədiyimi hiss edirdim. Amma həkimə getmədim. Axırda da belə…”.

Əməkdar artist gözə gəldiyini də gizlətməyib:

“Nəzər götürmürəm, yəqin ki, gözə gəldim. Məni nəzər yıxdı. Ümumiyyətlə, bəd əmələ, nəzərə inanan adamam. Vaxtilə belə şeylərdən başım çox çəkib, ağır xəstəlik keçirtmişəm. İndi elə mənfi şeyləri dilimə də gətirmək istəmirəm ki, mənə əməl olunub. Çünki inananda daha da pis olur. Amma bədnəzər var, inanın buna görə efirə çıxmağa da çox qorxuram”.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv