!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist kimə ƏSƏBİLƏŞDİ? - "Xalqın ağzını nə qədər əymək olar, bəsdirin, ayıbdır!"

!Reklam – Yazi

“Bu xalqı nə qədər aşağılamaq, nə qədər ağzını əymək olar? Bəsdirin, ayıbdır!”

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Vahid Əliyev deyib.

Aktyor qeyri-peşəkar rejissorların ərsəyə gətirdiyi yerli serialları sərt tənqid atəşinə tutub:

“Mənim xalqım başdanxarab deyil ki, seriallarda xalqımı aşağılayıb, onu pis nümunə kimi göstərirlər. Nə qədər ləhcə ilə danışmaq olar? Bir var peşəkar aktyor kimi obraz yaradasan, bu anlaşılandır. Amma gah bu, gah da digər bölgələrin ləhcəsi ilə danışmaq, ağız əymək nə qədər olar?Serialların əleyhinə deyiləm, amma qeyri-peşəkar, səviyyəsiz serialların çəkilməsinə qarşıyam. Bunun üçün də ilk növbədə peşəkarlıq lazımdır. Yoxsa ki, “Narxoz”u qurtarıb gəlib aktyorluq edir. 8-ci sinif şagirdindən soruşuram nəçi olacaqsan. Deyir heç yerə qəbul ola bilməsəm, aktrisa olacam. Yəni o qədər küçədən keçənlər seriallara çəkilir ki, çoxları da elə bilir aktrisa olmaq üçün ali təhsil almaq lazım deyil. Onda Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır, bağlayın getsin də…”

Cəvahir

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv