Əməkdar artist: “Kömək etmək istəyirsən, bacarmırsan…”

“Pandemiya demək olar ki, hər nəsildən, hər ailədən kimisə alib apardı. Kömək etmək istəyirsən, bacarmırsan, bu hiss insanı daha da üzür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında əməkdar artist, aktyor Elnur Kərimov deyib.

Aktyor həmkarlarının itkisindən sarsıldığını bildirib:

“2020-ci ildə mədəniyyət və incəsənət sahəsində ustad sənətkarları itirdik. Haqq dünyasına qovuşdular. Çox üzülürəm. Çalışdığım teatrda yenidən iş bərpa olunandan sonra, ora qayıdanda neçə böyük sənətkarı görməyəcəyimi düşünəndə çox pis oluram. Allah bütün sənətkarlara rəhmət eləsin.

Vətəni qorumaq üçün könüllü və ya hərbi xidmətdə olan bacı və qardaşlarımın şəhid xəbəri məni çox uzdu. Bir sözlə, 2020-ci ildə sürətlə həyatını itirən sənətkar və şəhid xəbəri almaq hamımızı sarsıtdı.
2021-ci il bir o qədər də yaxşı başlamasa da ümid edirəm ki, bizi daha şəhid və ölüm xəbərləri ilə sarsıtmaz. Çünki, bu xəbərləri eşidəcək və dözümlü ola biləcək ürək qalmayıb”.

Cəvahir