!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist KÖVRƏLDİ: “O günü gözləyə-gözləyə dünyasını dəyişdi”

!Reklam – Yazi

“Nə qədər aktyor və aktrisalarımız kinoya çəkiləcəkləri günü gözləyə-gözləyə qocaldı, dünyasını dəyişdi”.

Bunu Milli Kino günündə sənət dostlarını xatırlayarkən əməkdar artist Suğra Bağırova Yenicag.az-a açıqlamasında deyib.

Əməkdar artist kövrəlib:

“Son bir il ərzində nə qədər sənətkarlarımız dünyasını dəyişdi. Nə qədər aktyor və aktrisalarımız kinoya çəkiləcəkləri günü gözləyə-gözləyə qocaldı, dünyasını dəyişdi. Hansı ki, onlar ömürlərinin ən gözəl çağlarını çəkiliş meydançasında keçirə bilərdilər. Bu da aktyorlar üçün böyük zərbə oldu. Amma sağ qalanlar yenə də ümidlə gözləyirlər. Mən də filmlərə çəkilmək istəyirəm. Yəqin ki, bu yaşımda ancaq ana və nənə rollarına dəvət alaram”.

Aktrisa arzularını da dilə gətirib və bildirib ki, Azərbaycanın şanlı qələbəsi kinomuzda xüsusi mərhələ təşkil etməli, həmin filmlər dünya ekranlarına çıxarılmalıdır:

“Çox istərdim ki, Azərbaycanın böyük zəfəri milli kinomuzda öz əksini tapsın və bu filmlər bütün dünyaya çıxarılsın. İnanıram ki, bunun üçün mükəmməl ssenarilər yazılacaq və bu filmlər dünya ekranlarında nümayiş olanacaq. Bunun üçün maliyyə ayrılmalı və mükəmməl ssenarilər yazılmalıdır”.

Cəvahir

www.yenicag.az

828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv