Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Əməkdar artist kövrəldi: “O haldaydım ki, paltarımı çıxartmağa gücüm qalmamışdı” - VİDEO

Əməkdar artist Hicran Nəsirova ömrünü teatra həsr edən aktyorların həyatlarını ürək xəstəlikləri ilə başa vurduğunu deyir.

Yeniçag.az-a açıqlama verən aktrisa həmkarları kimi özünün də sənətdəki zərbələrdən qurtula bilmədiyini etiraf edir:

“Adi insanlar öz həyatını, aktyorlar isə oynadıqları hər obrazın ömrünü yaşayır. Buna görə də gənclik illərində səhnədə aldıqları psixoloji zərbələrin ağrısını yaşa dolanda çəkirlər. Əksər aktyorlar ürək xəstəliklərindən dünyasını dəyişir. Mən özüm cavanlığımda yaratdığım obrazların yükünü hələ də içimdə daşıyıram. 1980-ci illərdə Vaqif İbrahimoğlunun rejissor yozumunda səhnələşdirilən “Balaca şahzadə” tamaşasında yaratdığım psixoloji obraza görə günlərlə əziyyət çəkmişəm. Səhnədə canımı qoyurdum, buna görə də rejissor həmin tamaşadan sonra mənə iki-üç gün dincəlmək üçün icazə verirdi. O haldaydım ki, əynimdən paltarımı çıxartmağa gücüm yox idi. Onu da deyim ki, Azərbaycanda bu obrazı oynayan yeganə aktrisayam. Rusiyada isə bu rolu Alisa Fredyev yaradıb. Vaxtilə səhnədə keçirtdiyim streslər bu gün səhhətimdə özünü göstərir. Biz bu xəstəliklərlə ömrümüzü başa vururuq”.

Aktrisa qarşılaşdığı çətinliklərə görə övladlarının onun sənətini davam etdirməsinə qarşı çıxıb:

“Oğlum ümumiyyətlə, bu sənətiə maraq göstərmədi; qızım isə aktrisa olmaq arzusunda idi. Razılıq vermədim, çünki qızımın da mənim kimi əziyyət çəkməsini istəmədim. Buna görə də onu başqa sənətə yönəltdim”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

422
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM