Əməkdar artist Vahid Əliyev mərhum həmkarı, aktrisa Gülşən Qurbanova ilə bağlı gizlinləri bölüşüb.
Yenicag.az xəbər verir ki, aktyor onun ölümdən çox qorxduğunu bildirib və dünyasını dəyişməzdən əvvəlki sözlərini xatırlayıb:
“Buna deyirlər, karma, hissləri çağırmaq. Nə vaxt soruşurdun necəsən, deyirdi, deyəsən ölürəm. Gülşən ölümdən həddən artıq qorxurdu. Ölümündən 3 ay əvvəl teatrın mövsüm açılışında görüşdük. Biz həm də kurs yoldaşıydıq deyə çox mehriban idik. Görüşdük-öpüşdük, soruşdum, necəsən? Dedi ki, deyəsən ölürəm. Dedim ay ay qız, təzəcə nəvən olub, arzularla yaşamalısan, bu nə sözdü deyirsən? Üç ay sonra ölüm xəbərini aldıq”.
Aktyor bunu ARB-nin “Elgizlə izlə” verilişində deyib.
Nehru