Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Əməkdar artist məsxərəyə qoydu: “El arasında onlara “ördəkdodaq” deyirlər”

“Bu, kapitalizmin göstəricisidir; 20-25 il əvvəl barbi kuklalarını bizə satmağa başlayandan sonra xanımlar özlərini barbi kuklalarına bənzətdilər; uzun qara, ya sarı saçlar, linza ilə rəngi dəyişən gözlər… Hamısında eyni burun, eyni bədən quruluşu”.

Bunu plastik əməliyyatlarla bağlı fikirlərini bölüşərkən müğənni Şölə Səfərəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Şölə bütün xanımların barbi kuklaları kimi bir-birinə bənzəməsinin əleyhinə olduğunu bildirib:

“Plastik əməliyyatlara normal baxıram. İstər xanım, istərsə də bəy olsun; əgər görünüşündə nəsə ona kompleks yaradırsa, psixoloji cəhətdən əziyyət çəkirsə, onda əməliyyat olunmalıdır. Son illər qızların hamısının barbi kuklaları kimi qaş, göz, dodaq, burunları ilə bir-birinə bənzəməyinə müsbət yanaşmıram. Biri hansısa həkimin yanına gedir, plastik əməliyyat etdirir, o biri rəfiqəsi də dərhal eyni burun, eyni dodağa sahib olmaq üçün həmin həkimin yanına qaçır. Kukla olmaqdan qaçmaq lazımdır”.

Sənətçi bugünkü vəziyyəti əvvəlki illərlə müqayisə edib:

“15 il əvvəl bütün xanımlar sinəböyütmə əməliyyatı keçirirdilər. Qaşlarını tamamən sildirib tatu qaşlar etdirirdilər. Dəb dəyişdi, o qaşları yenidən silib, təbii qaşlarına qayıtmaq istəyirlər. Sinələrini böyüdən xanımlar yenidən əməliyyatla sinələrini kiçildirlər.

Yaxud da dodaqlar. O vaxtlar təbii dolğular olmadığı üçün indi də həmin həcmli dodaqları qalıb. El arasında onlara “ördəkdodaq” deyirlər. Çox bərbad görünür. Belə şeylərin tam əleyhinəyəm. Amma xanımın doğrudan da dodaqları çox nazikdirsə, ona bir qədər həcm verməklə gözəlliyinə rəng qata bilər. Gəzəllik hər kəsdə fərqlidir.

Dünya ulduzu Barbara Strezinin bizim standartlara görə eybəcər burnu var. Amma o ulduz heç vaxt burnunu əməliyyat etdirmədi. Bu gün də həmin burunla sevilir, çünki şarmlı xanımdır. Hesab edirəm ki, həm xanımlar, həm də bəylərdə əsas olan daxili güc, xarizmadır. Heç də gözəl olmayan xanımlar çox yaraşıqlı kişilərin yanındadır. Hətta düşünə bilərlər ki, mən ondan da gözəl xanımam, niyə elə xarizmatik sevgilim yoxdur. O xanımın çəkiciliyi olduğu üçün zahiri görünüşü rol oynamır”.

Cəvahir

www.yenicag.az

269
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100