!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist niyə seriallara çəkilmir? - “Buna görə imtina etmişəm” - AÇIQLAMA

!Reklam – Yazi

“Əsasən maraqsız işlər olduğuna görə onlardan imtina etmişəm. Dəyərləndirdiklərim də olub, amma şərtlərlə razılaşmamışam”.

Bunu “Yerli seriallarda niyə yoxsunuz, dəvət etmirlər, ya özünüz çəkilmirsiz?” sualını cavablandırarkən tanınmış aktyor və rejissor, Əməkdar artist Nofəl Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor ara-sıra seriallara dəvətlər alsa da, çəkilmədiyini bildirib və bunun səbəblərini  açıqlayıb:

“Təkcə seriallardan söhbət getmir, film sektoru məni heç vaxt qəbul etmədi. Yəqin ki, xoşlarına gəlməmişəm. Dəvət etməyiblər, ona görə də çəkilməmişəm. Deyim ki, saysız-hesabsız dəvətlər gəlib, yox, ara-sıra təkliflər olub. Əsasən maraqsız işlər olduğundan onlardan da imtina etmişəm. Dəyərləndirdiklərim də olub, amma şərtlərlə razılaşmamışam. Üç-dörd dəfə  seriala və filmə təsdiqlənmişəm, amma sonra razılığa gəlməmişik. Burada maddiyyat məsələsi də səbəb olub. Bəzən də ssenarini sonradan veriblər, baxıb bəyənməmişəm.

Azərbaycan kinosunda isə demək olar ki, yoxam. Təki yaxşı filmlər olsun, biz də baxıb fəxr edək, sevinək”.

Yeni çəkilən seriallarla bağlı fikirlərinə gəlincə, Əməkdar artistin cavabı belə oldu:

“Çox az seriala baxmışam. Yalnız Azərbaycan deyil, digər ölkələrin də seriallarından söhbət gedir. Hansısa serialın hansısa bölümündə ilişib qala bilərəm. Yaxud da teatrımızın aktyorlarının çəkildiyi seriallarda dostlarımızı görərəm və onlara baxaram. Belə hallar olur, amma ümumilikdə götürəndə heç bir serialı sona qədər izləməmişəm. Sözün düzü, oturub hansısa serialı izləməyə nə həvəsim, nə də vaxtım var. Yəni serial azarkeşi deyiləm. Teatrlarımızda vəziyyət necədirsə, kinomuzda və seriallarımızda da durum eynidir. Düşünürəm ki, daha yaxşıya doğru gedərik.

Əsas etibarı ilə teatrda çalışıram və pedoqoji fəaliyyətlə məşğulam, bundan da çox xoşbəxtəm”.

Cəvahir

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv