Əməkdar artist öldü

Teatr rejissoru və aktyor Dmitri Brusnikin vəfat edib.

Yenicag.az xəbər verir ki, Rusiyanın Əməkdar artisti və Əməkdar incəsənət xadimi 61 yaşında dünyasını dəyişib.

Bu barədə Moskvada yerləşən “Praktika” teatrının mətbuat xidməti məlumat yayıb.

Çexov adına Moskva Bədii Teatrı aktyorun vəfatını böyük itki kimi dəyərləndirib.

Qeyd edək ki, bu ilin may ayında Moskva Mədəniyyət Departamenti Brusnikini “Praktika” teatrının direktoru təyin etmişdi. Bir neçə gün öncə isə o, teatrın bədii rəhbəri vəzifəsinə keçmişdi.

COP29