“Sənət adamı qapalı olmalıdır ki, tamaşaçı üçün maraqlı ola bilsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Zakir Əliyev “Tarixin bir günü” verilişində deyib.
O, qalmaqal edən, bütün özəllərini açıb danışan həmkarlarını qınayıb:
“Sənət adamı sənəti ilə gündəmdə olmalıdır. İnsanlar üçün qapalı olmalı, sirlərini özündə saxlamalıdır. Üzeyir Hacıbəyovun bir gözəl fikri var: deyirdi ki, “aktyor gündüz çayxanada oturub çay içsə, axşam onun tamaşasına gələn olmayacaq”. Yəni sənət adamı hər zaman tamaşaçısı üçün sirli olmalıdır. Qalmaqal sənət adamını gözdən salır”.