!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Pandemiya azadlığımızı əlimizdən aldı”

!Reklam – Yazi

“Yaradıcı insanlar üçün evdə oturmaq, sənətdən ayrı düşmək çox çətindir. Şükür edirəm ki, pandemiya dövründə seriallara çəkildim. Heç olmasa, evdən çıxdım, yoxsa lap bezərdim. Pandemiya azadlığımızı əlimizdən aldı”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Hicran Nəsirova deyib.

Pandemiyanın tez bir zamanda bitməsini səbirsizliklə gözləyən aktrisa hər kəsin çox yorulduğunu deyib:

“Aprel-mart aylarında bir ay xəstələndim. Qızdırmam düşmürdü. Hətta bir dəfə gördüm havam çatışmır, ürəyim tab gətirmir. Məcbur qalıb, təcili tibbi yardıma zəng vurdum. Axşama qədər gözlədim, heç gəlib çıxmadılar da. Əsəbiləşdim, sonra bir də onlara zəng etmədim, özüm-özümü sağaltdım. Bədənimin müqavimət gücünü artırmaq üçün dərmanlar qəbul etdim. İndi fikirləşirəm ki, bəlkə də onda koronavirus keçirmişəm, xəbərim olmayıb. Çünki xəstəliyi çox ağır keçirdim. Bircə onu bilirəm ki, hamı bezib, yorulub. Pandemiya tez bitsin, insanlar doyunca hava alsınlar, işlərinə davam etsinlər”.

Cəvahir

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv