Əməkdar artist: “Qadın, gərək, kişini hürkütməsin, əsəbiləşdirməsin, yoxsa …”

Tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanovun, “Qadının kişinin telefonuna baxması qadağandır”, – deyərək həyat yoldaşının telefonuna baxan qadınları tənqid etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi insanlar onun bu fikri ilə razılaşmadıqlarını bildiriblər.

Yenicag.az-a aıçqlama verən aktyor həmin insanlara səslənərək fikirlərinə belə aydınlıq gətirib:

“Mən, əslində, şəxsi mövzularda danışmağı sevmirəm. Məcburən o mövzuya münasibət bildirdim və dedim ki, qadının kişinin telefonuna baxması düzgün deyil. Baxmaq da olar. Amma gərək kişi ilə həm də dost olasan ki, o sənə telefonuna baxmağa icazə versin. Kişilər də fərqlidir. Hərbçi, yaxud hansısa vəzifə sahibi kimi sirrləri ola bilər və s. Bu mənada demişəm. Deməmişəm ki, kişi gedib nə istəyir onu da etsin, amma telefonuna qadın baxmasın. Bu fikrimdə qalıram, çünki yaxşı olar ki, heç qadın bunu eləməsin. Qadın kişinin telefonuna baxırsa, kişi çalışır. ondan bir az da uzaq dursun, sirrlərini gizlətsin. Telefonda şəkillərə, yazışmalara görə nə qədər ailələr dağılır. Niyə dağılsın axı? Qadın, gərək, kişini özündən hürkütməsin, mehribanlıqla kişinin qulluğunda dursun, onun qılığına girsin ki, istədiyinə nail olsun, kişi də ancaq onun üçün yaşasın. Ər arvad, arvad da ər üçün yaşasın. O mənada demişəm ki, kişini əsəbiləşdirməyin. Boş yerə onu başqa işlərə vadar etməyin. Bu fikirlərimi kim necə yozursa, yozsun”.

Cəvahir