Əməkdar artist “Qarabağ şikəstəsi”ni dəyişdirdi – VİDEO

Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov yeniliyə imza atıb. Onun bu yeniliyi böyük marağa səbəb olub.

Məşhur “Qarabağ şikəstəsi”nin sözlərini dəyişərək ifa edən xanəndə təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Hər bir sənət adamının zamanla uyğunlaşan baxışları var. Bu da mənim baxışımdır. Musiqisinə toxunmadım, amma “Qarabağ şikəstəsi”nin sözlərini dəyişərək ifa etdim.

Əzizinəm Qarabağ,
Şəki Şirvan Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Mən sözləri dəyişdim və belə oxudum:

Əzizinəm Qarabağ,
Şəki Şirvan Qarabağ
Aləm cənnətə döndü,
Viran qaldı Qarabağ.

Bu ifa ilə dünya ictimaiyyətinə mesaj yollamaq istədim ki, bu gün cənnət Qarabağımız erməni işğalı altında viranə qalıb. Bu ifamı sosial şəbəkə profilimdə də paylaşdım, gözlədiyimdən də artıq marağın şahidi oldum”.

Videonu təqdim edirik:

Cəvahir

COP29