!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist QƏZƏBLƏNDİ: "Qapanma olsa, kasıb, işsiz insanlar nə yeyəcək?"

!Reklam – Yazi

“Onun-bunun qapısında işləyən muzdlu fəhlələr neyləyəcək, işə getməsin, neyləsin, nə yesin bu insanlar, bu insanların övladları?”

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış rejissor və aktyor Sərvər Əliyev qapanma ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Aktyor yoluxma ilə bağlı açıqlanan statistikanın da heç bir məntiqə uyğun gəlmədiyini bildirib:

“Avtobuslarda 200 nəfər sərnişin daşınır, basabasdır, amma teatrlar, idman zalları bağlıdır. Bu haqsızlıqdır, insanların sağlamlığını, ruhunu əlindən almaq kimi bir şeydir. Yazdır, insanlar qışdan yeni çıxıb, D vitamini qəbul etməlidir. 9 gün bayram oldu, hamı evdə oturdu, ictimai nəqliyyat da işləmədi. Nooldu, hansı müsbət nəticəni verdi?

Əksinə, yoluxma statistikası sürətlə artır. Bu necə, hansı məntiqlə hesablanır, bilmirəm.

Amma onu deyə bilərəm ki, insanlar həddən artıq məsuliyyətlidir, maskasını da taxır, tibbi qaydalara da əməl edir. Yalandan insanları məsuliyyətsiz adlandırmasınlar. Bununla belə yenə də qapanmaya getmək istəyirlər. Camaatın çoxu işindən-gücündən, pulundan olacaq. Çox adam işsizdir, 0 190 manatı da ala bilmir, barı orada-burada işləyib 5-10 manat çörəkpulu qazanıb, ailəsini dolandırır.

Onun-bunun qapısında işləyən muzdlu fəhlələr neyləyəcək, işə getməsin, neyləsin, nə yesin bu insanlar, bu insanların övladları?
Yenə qapanma, yenə əziyyət çəkən kasıb camaat”.

Əməkdar artist evdə oturmaqdan cana doyduğunu deyib:

“Mən artıq bezmişəm, boğaza yığılmışam evdə oturmaqdan.

Bu karantindən ən çox əziyyət çəkən həm də biz – sənət adamlarıdır. Bir ildən çoxdur ki, işimizə, səhnəyə, tamaşaçıya, yaradıcılığa həsrətik. Gözləyirdik ki, aprelin 1-də teatrlar açılacaq, amma yenə də qapanmaya getmək istəyirlər. Biz yenidən sıfırdan başlamalı olacağıq, çünki aktyorlar evdə oturub, üzərlərində işləmirlər”.

Cəvahir

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv