Əməkdar artist “sevgi hovuzu”nun görüntüsünü yaydı – VİDEO

Əməkdar artist Ruhəngiz Musəvi nostalji hisslərin təsiri ilə 44 il əvvələ “qayıdıb”.

Yenicag.az xəbər verir ki, Ruhəngiz Musəvi özünün də rol aldığı “Baladadaşın ilk məhəbbəti” filmində istifadə olunan hovuzun görüntülərini paylaşıb.

Baladadaşın öz sevgisini nümayş etdirdiyi hovuzun görüntüləri sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 1974-cü ildə rejissor Fikrət Əliyevin çəkdiyi filmdə kadrlara düşən hovuz Pirşağı qəsəbəsində yerləşir.

Nehru