Əməkdar artist sinə dekoltesi ilə meydan oxudu: “Çox seksual qadınam”- FOTOLAR

Əməkdar artist, tanınmış aktrisa Naina İbrahimova film təqdimatlarının birində fotokameramıza poz verib.

Sinə dekoltesi ilə diqqəti üzərinə çəkən aktrisa Yenicag.az-a acıqlama verib.

“İlk dəfə “Bəyaz həyat” filmində çəkilmişəm. Hazırda film sahəsindən uzağam. Sözün düzü, qeyri-peşəkarların çəkdiyi və çəkildiyi seriallarda oynamaq istəmirəm. Peşəkar aktrisayam və keyfiyyətli filmlər arzusundayam. Yaxşı ssenari, rejissor və aktyor heyəti olmalıdır ki, ortaya sanballı iş çıxara bilsinlər”.

Aktrisa dünya ulduzu Merilin Manroya bənzədiyini də dilə gətirib:

“Azərbaycanda məni Merilin Manroya bənzədirlər. Mən Merilin Manro ilə bağlı xüsusi bir layihə də hazırlamışdım. Hər kəs bilir ki, Manro dünyada ən seksual qadın kimi tanınıb. Mən də deyə bilərəm ki, çox seksual qadınam. Dünyada “seksual qadın” sözü kompliment kimi qəbul olunur. Bu, əslində bizdə də belə sayılır”.

Aktrisa tərəf müqabili olmaq istədiyi məşhur aktyorun da adını çəkib:

“Sergey Biryukov çox güclü aktyordur. Çox istərdim ki, hansısa filmdə onunla tərəf-müqabili olum. Bəlkə də qismət oldu. Bunu gələcək göstərər”.

Cəvahir
Foto: Aytək

COP29