!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist SİRRİNİ AÇDI: “Cavan qalmaq istəyirsənsə…”

!Reklam – Yazi

“Dəli Kür”ün Mələyi, əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqova 80 illik yubileyini qeyd edib.

Aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:

“60 və 70 illiyimi qeyd etmişəm, bu dəfə də qərara aldım ki, dostlarımı, əzizlərimi başıma yığıb 80 yaşımın sevincini bölüşüm. Yaşdan qorxan xanımlardan deyiləm. Allah verən ömürdür, şükr edərək yaşayıram, haçan “bəsdi” deyəcəksə, onda bu ömür bitəcək. Əsas odur ki, Allahın bəxş etdiyi bu ömrü ləyaqətlə yaşamağı bacarasan”.

Hər zaman pozitivliyi və xanım-xatınlığı ilə seçilən aktrisa sirlərini də bölüşüb:

“Çoxları mənə deyir ki, gözəl xanımsınız. Amma özümü gözəl saymıram. Fransızların təbirincə desəm, şarmlıyam. Xanım əgər yaşından cavan qalmaq istəyirsə, iç dünyasını gözəl saxlamalıdır. Təmiz ruhlu insanlar cavan qalır. Cavan qalmaq istəyirsizsə, ruhunuzu təmiz saxlayın. Bir də plastik əməliyyatlardan həmişə qaçmışam. Qadınlar nədənsə daha çox kosmetik vasitələrdən istifadə etməyə meyllidir. Mən həmişə təbiiliyə üstünlük vermişəm”.

Cəvahir

www.yenicag.az

5483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv