“Bu gün 15 dəqiqə muğama qulaq asan yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, xanədə Fərqanə Qasımova “Özəl” verilişində deyib.
Sənətçi toylarda, efirlərdə dəstgahlara az yer verilməsindən danışıb və təəssüf hissini bildirib:
“Atam da danışır, əvvəllər toylarda bir saat dəstgah oxunurdu və insanlar dinləyirdilər, zövq alırdılar. İnsanların zövqü o cür yetişdirilmişdi. Amma bu gün 15 dəqiqə muğama qulaq asan yoxdur. İfaçılarda da günah var. Hər mahnı qısa ifa olunur, insanların dinləməyə səbri yoxdur. Saata baxırlar, 10 dəqiqə keçən kimi hövüllənirlər.
O muğamlara qulaq asmaq üçün müdrik, kamil insanlar lazımdır, amma onların sayı bu gün çox azdır. Bir mahnı, bir təsniflə də muğamımız necə olacaq? İtib-batıb gedəcək. Yaxşı ki bu gün muğam müsabiqələri keçirilir. Mən də münsif kürsüsündə əyləşirəm. Dövlət səviyyəsində muğamımıza verilən qiymət muğam sənətini ölməyə qoymayacaq”.
Nehru