!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Təzə evində yaşamaq ona qismət olmadı”

!Reklam – Yazi

“Xalq artisti fəxri adını çox gec aldı. Elə evi də ona çox gec verdilər. Elə sevinirdi ki… Zəng edib sevincini mənimlə də bölüşmüşdü. Amma heç o evdə oturmaq ona qismət olmadı. Gərək zəhmət də vaxtında qiymətləndirilsin”.

Bunu mərhum tanınmış aktyor, xalq artisti Əjdər Həmidovun anım günündə xatirələrini bölüşərkən aktrisa Hicran Nəsirova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa sənət dostunun yüksək qan təzyiqindən əziyyət çəkdiyini və elə bu səbəbdən vəfat etdiyini bildirib:

“Əjdər sənət dostum olmaqla bərabər, həm də kurs yoldaşım olub. Bir-birindən maraqlı obrazları ilə yadda qalıb. Vaxtsız itirdik onu. Sənəti göz qabağındadır, onun barəsində rolları bizdən də yaxşı danışır. İnsan kimi, ata kimi əvəzsiz idi. Qan təzyiqi ona çox əziyyət verirdi. Hətta bir dəfə tamaşa oynayırdıq. Yavaşça pıçıldadım ki, Əjdər özümü çox pis hiss edirəm, təzyiqim yüksəkdir. Mənə yavaşca dedi ki, məndən xəbərin yoxdur, güclə ayaq üstə dayanıram. Tamaşadan sonra gördüm ki, vəziyyəti çox pisdir. Həmin günün üstündən bir həftə keçməmiş xəstəxanaya düşdü. Sonra eşitdik ki, Əjdər dünyasını dəyişib. Böyük aktyor idi. Hər dəfə çəkildiyi filmlər barədə ürəkdolusu danışırdı. Hələ oynayacaq çox rolları var idi, amma əcəl aman vermədi. Ömrünün son vaxtlarını xəstəliklə mübarizə apardı”.

Cəvahir

www.yenicag.az

1106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv