Əməkdar artist vəfat edib

images4Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

“A24.az” xəbər verir ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı.

O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.Qeyd edək ki, Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən “Subretka” ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.12047082_773580072765340_4455858893600352562_n

Onun “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beşmanatlıq gəlin”dəki Naznaz, “Özümüz bilərik”dəki Ceyran, “Subaylarınızdan görəsiniz”dəki Çiçək, “Hicran”dakı Çarleston, “Bankir ədaxlı”dakı Maral, “Məhəbbət oyunu”dakı Ceyran, “Bir günlük siğə”də, “Aldın payını, çağır dayını” tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.gulnar9

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.