Əməkdar artist vəfat etdi – FOTO

Azərbaycanlı əməkdar artist, aktyor – rejisor Adil Zeynalov vəfat edib.

Yenicag.az xəbər verir ki, 60 yaşlı mərhum aktyor bu gün doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.

Xatırladaq ki, əməkdar artist Adil Zeynalov 1977-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb və burada bir sıra rolları ifa edib, rejissor kimi tamaşalara quruluş verib.