Əməkdar artist: “Xanımlar bir-birinə bənzəyir, ayıra bilmirsən kim kimdir”

“Televiziya ekranına baxırsan, üç xanım əyləşib, üçü də bir-birinə bənzəyir. Ayıra bilmirsən kim kimdir…”

Yenicag.az xəbər verir ki, bu sözləri efirdə tanınmış aktrisa Suğra Bağırzadə plastik əməliyyatlardan danışarkən deyib.

Aktrisa plastik əməliyyatların əleyhinə olmadığını desə də, iftat dərəcədə əməliyyatlara qarşı çıxıb:

“Əgər hansısa qadının komplesləri varsa və bu komplekslərdən plastik əməliyyatla xilas olub, özünü xoşbəxt sayırsa, çox yaxşı. Amma ifrat dərəcədə olanda xanımlar bir birinə bənzəyir ki, bu da yaxşı hal deyil. Bəlkə də özləri bu əməliyyatları edən həkimdən belə görünmələrini istəyirlər. Əvvəllər çox gözəl qızlar var idi, heç onda plastik əməliyyatlar da yox idi. O vaxtlar heç imkanlar da indiki kimi deyildi. Özümüz ğöz paltarlarımızı toxuyuduq, tikirdik, geyinirdik”.

76 yaşına rəğmən hələ də öz gözəlliyini qoruyub saxlayan əməkdar artist bir dəfə də olsun plastik əməliyyat etdirmədiyini, yalnız üz baxımı ilə kifayətləndiyini bildirib:

“Qadınlara məsləhətim budur ki, hər səhər üzlərini yuyub krem çəksinlər və axşam da bunu təkrarlasınlar. O zaman gözəl qalacaqlar”.

Cəvahir